Rafa Leaonu istəyən nəhənglər çoxdur
“Bayern Münhen” və “Barselona” Rafael Leaonu istəyir – transfer dəyəri bəlli oldu.
90plus.az xəbər verir ki, “Bayern Münhen” və “Barselona” - “Milan” klubunun ulduz vingeri Rafael Leaoya ciddi maraq göstərir.
Məlumata görə, portuqaliyalı futbolçunun “rossoneri” azarkeşləri ilə münasibətləri son dövrlərdə kəskin şəkildə pisləşib. Bu isə onun klubdakı gələcəyini sual altına salır.
Bildirilib ki, Leaonun müqaviləsində 175 milyon avroluq sərbəst qalma maddəsi olsa da, yay transfer pəncərəsində təxminən 80 milyon avro qarşılığında transferinin reallaşması mümkündür.
25 yaşlı vingerlə təkcə Avropa nəhəngləri maraqlanmır. “Mançester Yunayted” də futbolçunu Premyer Liqaya gətirmək istəyən klublar arasındadır. Bundan əlavə, Səudiyyə Ərəbistanı təmsilçiləri də Leaonu transfer etmək niyyətindən geri çəkilməyib.
Hazırda tərəflər arasında rəsmi danışıqların hansı mərhələdə olduğu dəqiqləşməsə də, yayda bu transferin futbol bazarının ən diqqətçəkən keçidlərindən biri olacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved