Rafael Varan: "Real Madrid"ə transfer olunanda depressiyaya düşmüşdüm"
Fransız futbolçu yerli mətbuata "Real Madrid"ə transferi ilə bağlı danışdı.
90plus.az xəbər verir ki, o, ilk zamanlar ona çətin olduğunu dilə gətirib:
"18 yaşımda "Real Madrid"ə keçdikdən sonra ilk dəfə depressiyaya düşmüşdüm. Tənha idim, daim məşq edirdim və demək olar, oynamırdım. Arzumun əlimdən çıxdığını hiss edirdim.
Meydanda konsentrasiyanı yüksək səviyyədə qoruyurdum, amma matçdan sonra evə qayıtmaq istəmirdim. Daha heç nə mənə sevinc bəxş etmirdi. Lakin düşünürəm ki, böyük uğurlar qazanmaq üçün bu çətinliklərdən keçməlisən".
🔗Le Monde
Qeyd: Rafael Varan 2011-2021-ci illər arasında "Real Madrid"də forma geyinib. Daha sonra "Mançester Yunayted" və "Komo"da da oynayıb.
© Copyright 2025, All Rights Reserved