Rafinya bu həftə Çempionlar Liqasında hamını qabaqladı
"Barselona"nın hücumçusu Rafinya UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
90plus.az xəbər verir ki, UEFA-nın açıqladığı məlumata görə, 29 yaşlı braziliyalı futbolçu 1/8 final mərhələsində "Nyukasl"la keçirilən cavab matçındakı (7:2) möhtəşəm çıxışı ilə bu ada layiq görülüb. Sözügedən qarşılaşmada 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Rafinya, həmçinin meydanda 10,7 km məsafə qət edib.
Qeyd: O, səsvermədə "Real Madrid"in futbolçusu Vinisius Junioru, "Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslayı və "Sportinq"in hücumçusu Fransisku Trinkunu qabaqlayıb.
© Copyright 2026, All Rights Reserved