Rafinya bu mükafata layiq görüldü
“Barselona”nın cinah oyunçusu Rafinya “Globe Soccer Awards” mükafatlandırma mərasimində La Liqada ilin futbolçusu seçilib.
90plus.az xəbər verir ki, braziliyalı vinger Kataloniya təmsilçisinin heyətində keçirdiyi parlaq mövsümə görə bu mükafata layiq görülüb. Rafinya La Liqada 36 oyunda iştirak edərək 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun mövsüm boyu göstərdiyi stabil oyun və yüksək məhsuldarlıq Rafinyanı İspaniya çempionatının ən həlledici futbolçularından birinə çevirib.
“Barselona” isə La Liqa mövsümünü turnir cədvəlinin zirvəsində başa vuraraq çempionluq titulunu qazanıb. Rafinyanın fərdi mükafatı da məhz komandanın ölkə daxilində əldə etdiyi bu uğurlu mövsümü tamamlayıb.
© Copyright 2026, All Rights Reserved