Rafinya ciddi zədə alıb
Rafinya 1 aylıq sıradan çıxdı.
90plus.az xəbər verir ki, “Barselona”nın və Braziliya millisinin futbolçusu Rafinya zədə səbəbindən bir müddət meydanlardan kənarda qalacaq.
Futbolçunun komandası braziliyalı vingerin təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Məlumata görə, Rafinyanın aldığı əzələ zədəsi ciddi hesab olunur. Bu səbəbdən “Barselona” futbolçu komandaya qayıtdıqdan sonra əlavə tibbi müayinələrin aparılmasını planlaşdırır.
Hazırkı gözləntilərə əsasən, Rafinya təxminən 4 həftə komandasına kömək edə bilməyəcək. Məlumat Cat Radio tərəfindən yayılıb.
Qeyd: Deməli, o, Atletiko Madridə qarşı Çempionlar Liqasının 1/4 final oyunlarını buraxacaq.
© Copyright 2026, All Rights Reserved