İspaniya futbolunun nəhəngi “Barselona”nın ulduz futbolçularından Rafinya oyunlara verilən fasilədən sonra istirahət üçün ölkəsi Braziliyaya yollanıb və orada xeyriyyə tədbiri təşkil edib.
90plus.az xəbər verir ki, 29 yaşlı braziliyalı futbolçu həyat yoldaşı ilə birlikdə keçirdiyi aksiyada ehtiyac sahibi ailələrə ərzaq məhsulları və hədiyyələr paylayıb. Tədbir zamanı azarkeşlərlə yaxından ünsiyyət quran Rafinya onlarla xatirə şəkilləri də çəkdirib.
“Barselona”nın futbolçusunun bu nümunəvi addımı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və çoxsaylı müsbət rəylər toplayıb. Rafinyanın davranışı azarkeşlər tərəfindən təqdir edilib.
Qeyd: Braziliyalı futbolçu meydandakı performansı ilə yanaşı, meydandan kənardakı humanist addımları ilə də diqqət mərkəzində olmağa davam edir.
© Copyright 2026, All Rights Reserved