Rafinyadan Yamalla bağlı etiraf: "O, məşqdə yuxulu olur"
“Barselona”nın kapitanı Rafinya Lamin Yamalın meydandan kənar davranışlarından danışdı.
90plus.az xəbər verir ki, “Barselona”nın kapitanı Rafinya gənc cinah oyunçusu Lamin Yamal barədə fikirlərini bölüşərək onun meydandan kənar vərdişlərinə toxunub.
Braziliyalı futbolçu Yamalın yaşını nəzərə alaraq bu davranışların normal olduğunu bildirib:
“Onun yaşını nəzərə alsaq, daim telefonda olması normaldır. İndiki nəsil həmişə telefondadır. TikTok, Instagram, "UatsAp", musiqi — hər zaman telefon, qulaqlıq daim qulağındadır”, – deyə Rafinya qeyd edib.
Kapitan əlavə edib ki, Yamal səhərlər tez-tez yuxulu olur:
“Səhərlər adətən yuxulu olur, çünki düşünürəm ki, gec yatır. Bu, hər gün əyləncələrə getdiyi üçün deyil, sadəcə telefonda çox vaxt keçirdiyi üçün gec yatır. Açığı, bəzən mən də telefona görə gec yatıram.”
Rafinya sonda gənc futbolçunun xarakterinə də toxunub:
“Lamin əsəbi deyil, sadəcə sakitdir. Çox danışmağı sevmir.”
© Copyright 2026, All Rights Reserved