Rafinyanın dibdən zirvəyə yolu…

İspaniya La Liqasını qazanandan sonra braziliyalı forvard Rafinya Ballon d’Or üçün ciddi namizəd sayılır.
90plus.az xəbər verir ki, mövsüm ərzində 56 qolda pay sahibi olan Rafinya üç kubok qazandı – o cümlədən yerli "trebl"a nail oldu!
Çempionlar Liqasında isə yarımfinala qədər irəlilədi.
Rafinyanın yüksəlişi inanılmazdır:
▪️ May 2022 – “Lids Yunayted” ilə Premyer Liqada son turda düşməmək uğrunda mübarizə apararaq liqada qalmağı bacardı;
▪️ May 2025 – “Barselona” ilə La Liqa çempionu oldu və komandanın ən məhsuldar oyunçusu kimi zirvəyə çıxdı.
© Copyright 2025, All Rights Reserved