Rafinyaya Səudiyyə Ərəbistanından nəhəng təkliflər
Rafinyaya Səudiyyə Ərəbistanından nəhəng təkliflər – “Barselona”nın ulduzu qərarını 2026 Dünya Çempionatından sonra verəcək.
90plus.az xəbər verir ki, “Barselona”nın hücum xətti Rafinyanın möhtəşəm dönüşü ilə yenidən dirçəlmişkən, braziliyalı ulduzun gələcəyi ətrafında söz-söhbətlər də artmağa başlayıb.
"Catalunya Radio"nun məlumatına görə, Rafinya hazırda Səudiyyə Ərəbistanı Pro Liqasından bir neçə yaxşı təklif alıb. Səudiyyə klubları onu liqanın əsas ulduz transferlərindən birinə çevirmək istəyirlər.
Braziliyalı futbolçu “Atletiko Madrid”lə matçda isə vurduğu möhtəşəm bərabərlik qoluyla “Barselona”nın ən yaxşıları arasında olmuşdu.
Mənbələrə görə, Səudiyyə klublarının təqdim etdiyi təkliflər Avropa klublarının maliyyə imkanlarını aşan səviyyədədir. Bu səbəbdən, hazırda “Barselona”dan ayrılmağı düşünməyən Rafinyanın belə təkliflər üzərində düşünməsi təbiidir.
Hazırda Rafinya Kataloniya klubunda öz rolundan razıdır və layihəyə sadiq qalır. Lakin təkliflərin böyüklüyü istənilən oyunçu üçün cazibədar görünə bilər. Xatırladaq ki, səudiyyəlilər daha əvvəl Vinisius Junioru eyni şəkildə transfer etməyə çalışmışdılar.
© Copyright 2025, All Rights Reserved