Ramil Şeydayev klubsuzdur, 2 klubla adı çəkilir

Ramil Şeydayevin gələcək klubu hələ də bəlli deyil.
90plus.az xəbər verir ki, “Neftçi” ilə yollarını ayıran Ramil Şeydayevin adı bir neçə klubla hallanır. Son günlər onun “Qarabağ”la razılaşdığı barədə xəbərlər yayılıb. Lakin Ağdam təmsilçisindən və futbolçunun menecerindən hələlik rəsmi açıqlama verilməyib.
Məlumata görə, Şeydayevlə “Araz-Naxçıvan” da maraqlanır. Premyer Liqanın lideri 29 yaşlı hücumçunu heyətinə qatmaq üçün danışıqlar aparır. Amma futbolçunun maaş tələbləri yüksək olduğundan proses hələ nəticələnməyib. Əgər şərtlərdə yumşalma olarsa, Şeydayevin karyerasını Naxçıvan klubunda davam etdirməsi istisna olunmur.
Beləliklə, təcrübəli forvardın yeni mövsümdə hansı komandanın heyətində çıxış edəcəyi yaxın günlərdə dəqiqləşəcək.
© Copyright 2025, All Rights Reserved