Ramosdan 450 milyonluq təklif - Klub alır...
90plus.az xəbər verir ki, 39 yaşlı futbol əfsanəsi Sergio Ramos futbol dünyasını silkələyən addım atmağa hazırlaşır. Karyerasına başladığı klub olan “Sevilya”nı satın almaq istəyən Ramosun irəli sürdüyü məbləğ idman ictimaiyyətində böyük rezonans doğurub.
Sergio Ramosun tərəfdaşları arasında yer aldığı Five Eleven Capital şirkəti Endülüs təmsilçisinin səhmdar qrupu ilə prinsipial razılığa gəlib. Razılaşmanın rəsmi qüvvəyə minməsi üçün qarşıdakı aylarda klubun maliyyə vəziyyəti ətraflı şəkildə analiz ediləcək.
Sergio Ramos yetirməsi olduğu və iki fərqli dövrdə formasını geyindiyi “Sevilya”nı satın almaq üçün 450 milyon avro təklif edib. Bu məbləğ reallaşacağı təqdirdə, İspaniya futbolu tarixinin ən səs-küylü klub alışlarından biri olacaq.
Sergio Ramos futbolçu karyerası ərzində təkcə “Sevilya”da deyil, həmçinin “Real Madrid” və PSJ kimi nəhəng klublarda çıxış edərək dünya futbolunun əfsanələri sırasına adını yazdırıb.
© Copyright 2026, All Rights Reserved