Rasmus Hoylund: “Napoli"də özümü evdəki kimi hiss edirəm”

Danimarkalı hücumçu Rasmus Hoylund "Napoli"yə keçidindən sonra verdiyi ilk açıqlamada İtaliya klubunda özünü "evdəki kimi" hiss etdiyini bildirib.
90plus.az xəbər verir ki, "Napoli" "Mançester Yunayted"in 22 yaşlı futbolçusunu icarə əsasında heyətinə qatıb və müqaviləyə məcburi satınalma şərti də daxil edilib.
La Repubblica nəşrinə danışan Höylund klubdakı atmosferi belə təsvir edib:
“Burada xüsusi bir futbol mədəniyyəti var. Bunu hələ 'Atalanta'da oynadığım dövrdə, 'Napoli'yə qarşı qonaq kimi gələndə hiss etmişdim. Azarkeşlər çılğın və ehtiraslıdır, bu da onları digərlərindən fərqləndirir.”
“Şəhər doğrudan da gözəldir, iqlim möhtəşəmdir. Amma hər şeydən önəmlisi – burada ailəvi bir ab-hava var. Karyeramın bu mərhələsində məhz buna ehtiyacım var idi.”
Hoylund həmçinin İtaliya A Seriyası ilə İngiltərə Premyer Liqası arasındakı fərqlərə də toxunub:
“Burada futbol daha taktiki yönümlüdür, çoxlu birə-bir mübarizə var. Premyer Liqada isə temp daha yüksəkdir. Orada hər kəs sürətli, güclü və fiziki baxımdan partlayıcıdır. İki liqa arasındakı əsas fərq məncə budur.”
Gənc forvard gələcək planlarını da açıqlayıb:
“22 yaşım olsa da, artıq çox təcrübəm var. Amma indi 'Napoli'dəyəm və burada qalmaq niyyətindəyəm.”
© Copyright 2025, All Rights Reserved