Rasmus Hoylunddan “Man Yunayted”ə atmaca
Rasmus Hoylund “Mançester Yunayted”ə atmaca atdı!
90plus.az xəbər verir ki, danimarkalı hücumçu Rasmus Hoylund sosial şəbəkə paylaşımı ilə diqqət mərkəzinə düşüb. Futbolçu “Napoli” ilə İtaliya Superkubokunu qazandıqdan sonra paylaşdığı fotonun altına “Necə də doğru qərar imiş” sözlərini yazıb.
Bu ifadə futbol ictimaiyyəti tərəfindən Hoylundun sabiq klubu “Mançester Yunayted”ə atmaca atması kimi şərh olunub. Xüsusilə İngiltərə klubunda istədiyi uğuru qazana bilməyən danimarkalı forvardın bu paylaşımı müzakirələrə səbəb olub.
Hazırda Hoylund “Napoli”nin heyətində icarə əsasında çıxış edir və İtaliya Superkubokundakı qələbə onun karyerasında mühüm uğur kimi qiymətləndirilir.
🔎 Qeyd: Rasmus Hoylund mövsümün sonunda icarə müqaviləsi başa çatdıqdan sonra “Mançester Yunayted”ə geri dönməlidir.
© Copyright 2026, All Rights Reserved