Rayan Şerki: “Man Yunayted”dən qisas alacam”

“Mançester Siti”nin yeni transferi Rayan Şerki keçmişdən qalma bir məsələ ilə “Mançester Yunayted”dən qisas almaq istəyir.
90plus.az xəbər verir ki, o, ötən mövsüm Avropa Liqasında “Lion”un bu komandaya məğlubiyyətini hələ də unutmayıb:
“Mən ‘Mançester Yunayted’in ‘Lion’a qarşı qazandığı oyunu bəyənmədim, çünki mən Lionluyam”
“İndi o oyunu gözləyirəm – onları məğlub etmək üçün. Mən sadəcə ‘Mançester Siti’yə keçmək istəyirdim.”
“Pep mənimlə danışanda çox, çox açıq oldu. Dedi ki, sistem, klub, şəhər – hər şey çox yaxşıdır. Mən qalib gəlmək istəyirəm, ‘Siti’ də hər şeyi qazanmaq istəyir. Mənim üçün bu daha yaxşıdır.”
“Rodrinin burada Qızıl Top qazandığını görəndə, başa düşürsən ki, ‘Siti’də bu mümkündür və mən də bunun üçün buradayam.” (📰:Daily Mail)
Qeyd: Rayan Şerki növbəti mövsüm Premyer Liqada “Mançester Yunayted”ə qarşı keçiriləcək derbilərdə keçmiş klubunun qisasını almaq üçün ən azı iki şansa sahib olacaq.
© Copyright 2025, All Rights Reserved