“Real” 2 tura maksimum xalı topladı, Mbappe dubl etdi

Debütant qarşısında 3 cavabsız qolla qalib gələn “Real Madrid” La Liqanın ilk iki turunu itkisiz tamamladı.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 2-ci turunda Kilian Mbappe dubl etməklə “Real Madrid”in La Liqadakı mükəmməl startını davam etdirdi. Xabi Alonsonun komandası səfərdə “Oviedo”nu 3:0 hesabı ilə məğlub edib.
Fransalı ulduz ilk qolunu fasiləyə 8 dəqiqə qalmış cərimə meydançasının kənarından dəqiq zərbə ilə vurub. 81-ci dəqiqədə isə Kvası Sibonun uzaq məsafədən zərbəsi dirəyə dəyib qola çevrilməyincə, cəmi bir dəqiqə sonra Mbappe ikinci dəfə fərqlənərək hesabı 2:0-a çatdırıb. Bu, onun mövsümdə 2 oyunda 3-cü qolu olub.
Xabi Alonso bu dəfə sağ cinah müdafiəsində Trent Aleksander-Arnoldun əvəzinə Dani Karvaxalı start heyətinə daxil edib. İngiltərəli futbolçu isə yalnız son 3 dəqiqədə oyuna qoşulub.
Eyni zamanda Vinisius Junior da görüşə ehtiyatdan başlayıb, lakin əlavə olunmuş vaxtda dəqiq zərbə ilə oyunun yekun hesabını müəyyənləşdirib – 3:0.
Start heyətdə meydana çıxan və 74-cü dəqiqədə əvəzlənən Türkiyə millisinin üzvü Arda Güler ilk qolun ötürməsini edib.
18 yaşlı hücumçu Franko Mastantuono da ilk dəqiqələrdən meydana buraxılıb və aktiv oyun tərzi ilə diqqət çəkib:
Real Oviyedo 0 - 3 Real Madrid
K. Mbappé 37', 83’
Vinícius Júnior 90+3'
Qollar və maraqlı epizod:
https://t.me/doxsanplus/106663
https://t.me/doxsanplus/106664
https://t.me/doxsanplus/106672
https://t.me/doxsanplus/106673
Bu qələbə sayəsində “Real Madrid” 2 turdan sonra 6 xalla “Barselona” və “Vilyarreal”la birgə zirvəni bölüşüb.
© Copyright 2025, All Rights Reserved