“Real” Alvaro Karerası aldı!

Rəsmi: “Real Madrid” Alvaro Karerası transfer etdi.
90plus.az xəbər verir ki, “Real Madrid” yay transfer pəncərəsində daha bir gənc futbolçunun keçidini rəsmiləşdirib. Madrid klubu 22 yaşlı ispaniyalı sol cinah müdafiəçisi Alvaro Karerasın transferini açıqlayıb.
Klubun rəsmi məlumatına görə, Karerasla 2031-ci ilin yayına qədər uzunmüddətli müqavilə imzalanıb.
Qeyd: Alvaro Kareras “Real” akademiyasının yetirməsidir. Onun transferi üçün Portuqaliyanın “Benfika” klubuna ümumilikdə 50 milyon avro ödəniləcək. Məbləğ hissə-hissə ödənəcək.
İspan futbolçunun təqdimat mərasimi bu gün baş tutacaq.
© Copyright 2025, All Rights Reserved