"Real" azarkeşi çıxdı, "Atletiko" konserti ləğv etdi

"Atletiko" həftəsonu "Real"la keçiriləcək Madrid derbisinin fasiləsində təşkil olunacaq konsert proqramını ləğv edib.
90plus.az xəbər verir ki, matçın fasiləsində meksikalı aktrisa və müğənni Danna Paola ifa etməli idi. Lakin klub rəhbəriyinin qərarı ilə sənətçinin çıxışı baş tutmayacaq.
Buna Danna Paolanın "Real" azarkeşi olduğunu açıqlaması və "kral klubu"nun 2:1 hesabı ilə qalib gələcəyini proqnozlaşdırması səbəb olub.
Mənbə: Relevo
© Copyright 2025, All Rights Reserved