Dünyanın ən bahalı futbol brendi "Real"dır

"Real Madrid" klubu dünyanın ən dəyərli futbol brendlərinin reytinqinə başçılıq edir.
90plus.az xəbər verir ki, dünyanın aparıcı konsaltinq şirkəti "Brand Finance"ın reytinqinə görə, "Real" klubunun dəyəri 1.805 milyard dollara bərabərdir.
İlk üçlükdə "Mançester Siti" (1.726 milyard dollar) ilə "Barselona" (1.653 milyard dollar) klubları da yer alır.
Sonrakı yerlərdə "Mançester Yunayted" (1.498 milyard dollar), "Liverpul" (1.478 milyard dollar), "Bavariya" (1.325 milyard dollar), PSJ (1.294 milyard dollar), "Arsenal" (1.067 milyard dollar), "Tottenhem" (930 milyon dollar) və "Çelsi" (897 milyon dollar) klubları yer alıb.
Mənbə: rbc.ru
© Copyright 2025, All Rights Reserved