"Real" əfsanəsi: "Pepə zərrə qədər güvənmirəm"

"Real"ın əfsanəsi Xorxe Valdano Qvardiolanı təriflədi.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının play-off mərhələsində "Mançester Siti" ilə "Real Madrid" "Etihad" stadionunda qarşılaşdı. "Real Madrid", son dəqiqədə vurduğu qolla rəqibini 3-2 məğlub etdi. Qarşılaşmanın cavab oyunu 19 fevral çərşənbə günü keçiriləcək.
VALDANO: "PEP-Ə ZƏRRƏ KADAR GÜVƏNMİRƏM"
"Real Madrid"də 1984-1987-ci illər arasında forma geyən Xorxe Valdano, "Real Madrid"in "Etihad" stadionunda "Mançester Siti"ni 3-2 məğlub etdiyi Çempionlar Liqası oyunundan sonra ehtiyatlı danışdı.
69 yaşındakı keçmiş futbolçu, oyundan sonra verdiyi açıqlamada, "Real Madrid", ilk oyunu evdə uduzsa belə, cavab matçı öncəsi favorit olardı, amma səfər qələbəsinə baxmayaraq Pep Qvardiolaya zərrə qədər güvənmirəm, həqiqət budur." dedi.
Sözlərinə davam edərək Xorxe Valdano, Pep Qvardiolayı "Zamanımızın böyük inqilabçısı" olaraq xarakterizə etdi.
© Copyright 2025, All Rights Reserved