"Real"lı hücumçu uzun müddət oynaya bilməyəcək

"Real" klubunun zədəli futbolçusu Endrikin vəziyyəti ilə bağlı dəqiqləşmə olub.
90plus.az xəbər verir ki, braziliyalı forvard uzun müddət meydana çıxa bilməyəcək. Bu barədə "Marca" nəşri məlumat yayıb.
19 yaşlı oyunçu təxminən 8-10 həftə müddətində komandasında iştirak edə bilməyəcək.
Qeyd: "Real" Endriki ötən ilin yayında "Palmeyras" klubundan transfer edib. Braziliya yığmasının üzvü Madrid təmsilçisinin heyətində keçirdiyi 37 rəsmi qarşılaşmada 7 dəfə rəqib qapısına yol tapıb və 1 qol ötürməsi ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved