“Real” iki əsas futbolçusunu itirdi
“Real Madrid”də iki itki: Valverde və Kurtua milli komandalara qoşulmadı.
90plus.az xəbər verir ki, “Real Madrid” milli fasilə öncəsi iki əsas futbolçusunun zədə aldığını rəsmən açıqlayıb. Federiko Valverde və Tibo Kurtua sağlamlıq problemlərinə görə öz milli komandalarının toplanışına yollanmayıblar.
Urugvaylı yarımmüdafiəçi Federiko Valverdenin sağ ayağının bud arxa əzələsində zədələnmə aşkarlanıb. İspaniyalı jurnalist Serxio Kirantenin məlumatına görə, Valverde təxminən 10 gün meydana çıxa bilməyəcək.
Belçikalı qapıçı Tibo Kurtua isə sağ ayağının budun iç tərəfində əzələ zədəsi ilə üzləşib. Melxor Ruis bildirir ki, təcrübəli qolkiperin bərpa prosesi təxminən iki həftə davam edəcək.
Hər iki futbolçunun vəziyyətinin nəzarətdə olduğu, və əgər proseslər plan üzrə getsə, “Real Madrid”in növbəti La Liqa matçı – “Elçe”yə qarşı oyuna qədər tam hazır olacaqları gözlənilir.
© Copyright 2025, All Rights Reserved