"Real Madrid" "Barselona"nı məhkəməyə verdi
“Real Madrid”dən “Barselona” ilə bağlı yeni tələb – maliyyə sənədlərinə tam çıxış istənilir.
90plus.az xəbər verir ki, “Real Madrid” klubu davam edən Negreira işi çərçivəsində “Barselona”nın maliyyə sənədlərinə tam çıxış üçün rəsmi müraciət edib.
Məlumatlara görə, bu tələb işdə özəl ittihamçı qismində çıxış edən və keçmiş hakim olan şəxs tərəfindən ictimailəşdirilib. Madrid təmsilçisi istintaqa rəhbərlik edən hakimdən 2010–2021-ci illəri əhatə edən dövr üzrə “Barselona”nın maliyyə vəziyyəti ilə bağlı audit, "due diligence və forensik" hesabatları araşdırmağa icazə verilməsini xahiş edir.
Sənədlər arasında KPMG, PwC, Deloitte və Kroll kimi xarici şirkətlər tərəfindən hazırlanmış və araşdırılan ödənişlərlə əlaqəli hesabatlar da yer alır.
Bundan əlavə, “Real Madrid” 2023-cü ilin iyulunda “Barselona” tərəfindən məhkəməyə təqdim edilmiş 600-dən çox sənədə də baxmaq niyyətindədir. Klub eyni zamanda katalon təmsilçisinin daxili araşdırmasının nəticələrini – hesabatları, müsahibələri və aparılan daxili yoxlamaları da incələmək istəyir.
“Real Madrid”in əsas məqsədi Xose Mariya Enrikes Neqreyra ilə əlaqəli ödənişlərin mahiyyətini, təyinatını və əsaslandırılmasını aydınlaşdırmaqdır. Hazırda istintaq hakimi bu müraciətlə bağlı qərar verməlidir.
© Copyright 2026, All Rights Reserved