“Real Madrid” Bellingem və Ardadan tam razı deyil
“Real Madrid”in yay transfer bazarında yaradıcı yarımmüdafiəçi axtardığı bildirilir. Klub ötən yay bu mövqeyə futbolçu cəlb edə bilməmişdi.
90plus.az xəbər verir ki, “Los Blankos” Luka Modriçin azad agent kimi “Milan”a keçməsindən sonra onun əvəzləyicisini transfer etməyi nəzərdən keçirsə də, bir neçə amil buna mane oldu və nəticədə heyətə pleymeyker əlavə olunmadı.
Madrid təmsilçiləri eyni zamanda Arda Güler və Cud Bellinqemin oyun quruculuğu yükünü daşıya biləcəyinə inanırdılar. Lakin hər iki futbolçu cari mövsümdə qeyri-sabit çıxış edir. Mövsümə yaxşı başlayan Güler sonradan kəskin eniş yaşayıb və La Liqada son yeddi oyunda nə qol vurub, nə də məhsuldar ötürmə verib.
“Real Madrid” gələn yay yeni yarımmüdafiəçi transfer etməyə çalışacaq. Klubun xəyal hədəfi “PSJ”nin futbolçusu Vitinyadır, lakin Paris təmsilçisinin onu satmağa razı olacağı inandırıcı görünmür. Digər tərəfdən, “AZ Alkmaar”ın gənc istedadı Kees Smit də Madrid klubunun maraq dairəsindədir.
© Copyright 2026, All Rights Reserved