"Real Madrid" braziliyalı hücumçusunu "Lion"a göndərir
"Real Madrid" 19 yaşlı Endrikin icarəsi üçün "Lion"la şifahi razılıq əldə etdi.
90plus.az xəbər verir ki, "Real Madrid" yanvar ayında 19 yaşlı hücumçu Endrikin 6 aylıq icarəsi üçün "Lion" klubu ilə şifahi razılığa gəlib. Bu barədə məlumatı İspaniyanın Diario AS nəşri yayıb. Mənbənin iddiasına görə, tərəflər məsələ üzrə razılaşsa da, hələlik rəsmi sənədləşmə aparılmayıb.
Madrid klubu braziliyalı gənc futbolçunu gələcək layihələrinin əsas fiqurlarından biri hesab etdiyinə görə onun üzərində bəzi əsas hüquqlarını saxlamaq niyyətindədir. Bu mövsüm Xabi Alonsonun rəhbərliyi altında cəmi 14 dəqiqə şans qazanan Endrik üçün klub dəyişmək artıq zərurətə çevrilib.
2024-cü ildə "Palmeiras"dan keçid edən və debüt mövsümündə 7 qol vuran Endrik Madridə tam uyğunlaşsa da, daha çox oynamaq və Braziliya millisində yerini bərpa etmək üçün müvəqqəti ayrılığın vacib olduğunu anlayır.
Artıq 14 oyun keçirmiş gənc hücumçu hazırda Karlo Ançelottinin yığma planlarında deyil və qış transfer pəncərəsi öncəsi Avropanın digər klublarının rəqabəti ilə də üz-üzədir.
© Copyright 2026, All Rights Reserved