“Real Madrid” futbolçusunu “Komo”ya verdi

Xakobo Ramon “Real Madrid”dən ayrıldı – “Komo”ya transfer rəsmiləşdi.
90plus.az xəbər verir ki, gənc ispaniyalı futbolçu Xakobo Ramon karyerasını İtaliyada davam etdirəcək. 21 yaşlı yarımmüdafiəçi “Real Madrid”i tərk edərək A Seriyasının yeni klublarından olan “Komo”ya transfer olunub.
Transfer məbləği 2,5 milyon avro təşkil edir. Müqaviləyə 50%-lik satışdan pay maddəsi də əlavə edilib. Bundan əlavə, “Real Madrid” futbolçunun gələcəkdə yenidən heyətə qaytarılması üçün xüsusi bəndlərə sahibdir.
Məlumata görə, “Kral klubu” 2026, 2027 və ya 2028-ci illərdə Ramonu geri qaytarmaq istəsə, bunun üçün “Komo”ya 8 milyon avro ödəməlidir. Bu müddətlər üçün üç ayrı bənd müqavilədə yer alıb.
Xakobo Ramon İtaliya klubu ilə 5 illik müqavilə imzalayıb.
Gənc futbolçu ötən mövsüm “Real Madrid Kadtilya”da çıxış edib və gələcəkdə əsas heyət üçün perspektivli adlardan biri hesab olunurdu.
© Copyright 2025, All Rights Reserved