"Real Madrid" hücumçusunu itirdi
“Real Madrid” Rodriqonun zədəsini rəsmən təsdiqlədi.
90plus.az xəbər verir ki, “Real Madrid” klubu futbolçusu Rodriqonun zədələndiyini və bir müddət yaşıl meydanlardan uzaq qalacağını rəsmən açıqlayıb.
Klubun yaydığı bəyanatda deyilir:
“Bu gün ‘Real Madrid’in Tibbi Xidməti tərəfindən futbolçumuz Rodriqo üzərində aparılan müayinələrdən sonra onun sağ ayağının arxa əzələsində tendinoz aşkar edilib. Oyunçunun vəziyyətinin inkişafı gözlənilir.”
Jurnalist Aransa Rodrigesin məlumatına görə, “Real Madrid” ən azı 10 gün Rodriqonun xidmətlərindən məhrum olacaq.
Braziliyalı cinah oyunçusu bu bazar günü “Valensiya”ya qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.
© Copyright 2026, All Rights Reserved