“Real Madrid” Kamavinqanı satır
“Real Madrid” Kamavinqanın mümkün satışını dəyərləndirir.
90plus.az xəbər verir ki, “Real Madrid” fransalı yarımmüdafiəçi Eduardo Kamavinqa ilə bağlı vacib qərar üzərində düşünür. Klub zədələrə meyilli olması səbəbindən futbolçunun mümkün ayrılığına açıqdır.
Mənbənin məlumatına görə, Madrid təmsilçisi Kamavinqanın transfer dəyərini təxminən 100 milyon avro olaraq müəyyənləşdirib. Klub daxilində onun satışı ehtimalı ciddi şəkildə müzakirə olunur və uyğun təklif olacağı təqdirdə transferə yaşıl işıq yandırıla bilər.
Xatırlatma: Kamavinqa “Real Madrid”ə qoşulduqdan sonra potensialı ilə seçilsə də, tez-tez yaşadığı zədələr sabit forma qazanmasına mane olub.
🔗 Mənbə: Defensa Central
© Copyright 2025, All Rights Reserved