"Real Madrid" kapitanı ilə vidalaşdı

"Real Madrid" klubunda ayrılıq yaşanıb.
90plus.az xəbər verir ki, La Liqa təmsilçisi Lukas Vaskeslə vidalaşıb. Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb. İspaniya millisinin sabiq oyunçusu ilə başa çatan müqavilə yenilənməyib və bu səbəbdən onun komandadakı dönəmi sona çatıb.
Qeyd: Vaskes "Real Madrid" akademiyasına 2007-ci ilin yayında qoşulmuşdu. 34 yaşlı sağ cinah oyunçusu “kral klubu”nun heyətində 402 rəsmi matçda meydana çıxıb, 38 qol vurub və 73 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2025, All Rights Reserved