"Real Madrid" "Liverpul"un futbolçusunu pulsuz almaq istəyir

İbrahima Konatenin 2026-cı ildə “Real Madrid”ə keçidi gündəmdədir.
90plus.az xəbər verir ki, Madrid klubu bu transferin reallaşacağına getdikcə daha çox inanır. Sözügedən məlumatı, 2024-cü ilin dekabrında Trent Aleksander-Arnoldun “Real”a mümkün keçidi barədə danışan eyni mənbələr paylaşıb.
Buna baxmayaraq, Konate hələlik “Liverpul” rəhbərliyini müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılmaq niyyəti ilə bağlı rəsmi şəkildə məlumatlandırmayıb. Fransalı mərkəz müdafiəçisi gələcəyi ilə bağlı konkret qərar verməyib.
© Copyright 2025, All Rights Reserved