“Real Madrid” Louis Vuitton-dan geyinəcək
“Real Madrid” klubu Fransanın moda nəhəngi Louis Vuitton ilə yeni tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib.
90plus.az xəbər verir ki, Lukas Vaskes bu əməkdaşlığın illik dəyərinin 7 milyon avro olduğunu deyib. Bu da klubun əvvəlki tərəfdaşı olan İtaliya brendi Zegna ilə müqayisədə (4 milyon avro) əhəmiyyətli dərəcədə yüksəkdir.
Əməkdaşlıq çərçivəsində Louis Vuitton "Real Madrid”in kişi və qadın futbol komandaları ilə yanaşı, kişi basketbol komandasına da rəsmi tədbirlər və səfərlər üçün geyim dəsti təqdim edəcək.
Bu müqavilə Louis Vuitton brendini klubun ən önəmli ikinci dərəcəli sponsorları sırasına daxil edir və şirkətin idman marketinqinə artan marağını və sosial-mədəni strategiyasını əks etdirir.
Eksklüziv hazır geyim kolleksiyası rahatlıq, funksionallıq və dəbli görünüşü bir araya gətirən zərif parçalarla təqdim olunur. Louis Vuitton imzası isə paltoların yaxasında və şalvar ciblərində tikili və ya kabartma formada yer alıb.
Bu tərəfdaşlıq həm “Real Madrid”in kommersiya portfelini daha da gücləndirir, həm də Louis Vuitton-un FIFA, NBA və digər böyük idman tədbirlərindən sonra idman dünyasındakı mövqeyini bir qədər də möhkəmləndirir.
© Copyright 2026, All Rights Reserved