“Real Madrid”ə Mbappe şoku – Azərbaycanla oyunda zədələndi

2026-cı il Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin D qrupunda baş tutan qarşılaşmada Fransa millisi Azərbaycan yığması ilə üz-üzə gəldi.
90plus.az xəbər verir ki, Didye Deşamın rəhbərlik etdiyi komanda matçdan 3:0 hesablı qələbə ilə ayrıldı. Lakin görüşün sonlarında Fransa üçün xoşagəlməz hadisə yaşandı.
“Real Madrid” klubunun və Fransa millisinin ulduzu Kilyan Mbappe zədələnərək oyunu yarımçıq tərk etdi. 83-cü dəqiqədə yerini Florin Toyvana verən hücumçu birbaşa soyunub geyinmə otağına yollandı. Mbappenin zədəsi “Real Madrid” azarkeşləri üçün ciddi narahatlıq doğurub. Xüsusilə 26 oktyabrda keçiriləcək “Barselona” ilə “El-Klasiko” qarşılaşması öncəsi bu zədə “kral klubu”nun planlarına təsir göstərə bilər.
Qarşılaşmada Fransa millisinin qollarını 45+2-ci dəqiqədə Kilyan Mbappe, 69-cu dəqiqədə Adrien Rabiot və 84-cü dəqiqədə Florin Toyvan vurdu. Qələbə sayəsində Fransa xallarının sayını 9-a çatdıraraq qrupda liderliyə yüksəldi.
Fransa Futbol Federasiyası artıq rəsmi açıqlama verərək Mbappenin qarşıdakı İslandiya ilə oyunun iştirak ərizəsindən çıxarıldığını bildirib.
© Copyright 2025, All Rights Reserved