"Real Madrid" Olise üçün hərəkətə keçdi
"Real Madrid" transfer bazarında rekord keçidə hazırlaşır.
90plus.az xəbər verir ki, İspaniya nəhəngi Almaniya təmsilçisi "Bayern Münhen"də çıxış edən Maykl Olise üçün yüksək məbləğdə təklif etməyi planlaşdırır.
Məlumata görə, Madrid klubu fransalı futbolçu üçün 160-165 milyon avro civarında təklif irəli sürə bilər. Bu transfer reallaşarsa, klub tarixinin ən bahalı keçidlərindən biri olacaq.
Bununla yanaşı, "Bayern Münhen" rəhbərliyinin Maykl Oliseni satmaq niyyətində olmadığı bildirilir. Alman klubu futbolçunu gələcək planlarının əsas hissəsi kimi görür və onun ayrılığına isti yanaşmır.
Qeyd: 24 yaşlı oyunçu daha əvvəl "Kristal Pelas"da çıxış edib və son dövrlərdə Avropanın ən perspektivli futbolçularından biri kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved