"Real Madrid" Ronaldonu unutmadı
Karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirən dünya futbolunun superulduzu Kriştiano Ronaldo bu gün 41 yaşını qeyd edir.
90plus.az xəbər verir ki, Portuqaliyalı ulduzun doğum günü münasibətilə onun sabiq klubu “Real Madrid” xüsusi paylaşım edib.
“Real Madrid” Kriştiano Ronaldonun 41-ci doğum günü münasibətilə Portuqaliyalı hücumçunun klub tarixindəki möhtəşəm dövrünü əks etdirən xüsusi video yayımlayıb. Video klubun rəsmi “YouTube” kanalında paylaşılıb və Ronaldonun 2009–2018-ci illər arasında əflatun-ağ forma ilə vurduğu 451 qolu özündə əks etdirir.
5 fevral 1985-ci ildə doğulan Kriştiano Ronaldo “Real Madrid”in yaxın tarixdəki ən böyük ikonlarından biri hesab olunur. O, klubun ən uğurlu dövrlərindən sonra 2018-ci ildə “Yuventus” klubuna transfer edilmişdi.
Video açıqlamasında “Real Madrid” Ronaldonun “Santyaqo Bernabeu” stadionundakı təsirini xüsusi vurğulayıb. Portuqaliyalı futbolçu bu müddət ərzində klub tarixinin ən çox qol vuran oyunçusu olub, həmçinin 4 Çempionlar Liqası və 2 La Liqa çempionluğu qazanıb.
Hazırlanan videoda Ronaldonun 2018-ci ildə “Yuventus”a qarşı vurduğu möhtəşəm qayçı zərbəsi, “El-Klasiko” matçlarında “Barselona”ya qarşı qolları və Avropa futbolunda bir dövrü simvolizə edən daha bir çox unudulmaz anlar yer alıb.
© Copyright 2026, All Rights Reserved