"Real Madrid" əsas heyət üzvünü 2 aylıq itirdi

90plus.az xəbər verir ki, “Real Madrid” UEFA Çempionlar Liqasında “Marsel”ə qarşı keçirilən görüşdə dördüncü dəqiqədə zədələnərək oyunu tərk edən Trent Aleksander-Arnoldun son durumu ilə bağlı rəsmi açıqlama yayıb.
Klubun verdiyi açıqlamada bildirilib: “Futbolçumuz Trent Aleksander-Arnolda bu gün 'Real Madrid' Sağlamlıq Xidməti tərəfindən keçirilən testlərin nəticəsində sol ayağının arxa əzələsində (hamstring) əzələ zədəsi aşkar olunub. Hazırda vəziyyəti qiymətləndirilir.”
26 yaşlı müdafiəçi “Santiago Bernabeu” stadionunda “Marsel”ə qarşı start heyətində meydana çıxmış və bu, onun “Real Madrid” forması ilə Çempionlar Liqasındakı ilk oyunu olmuşdu. Lakin oyunun cəmi 2-ci dəqiqəsində sol ayağında kəskin ağrı hiss edən futbolçu tibbi müdaxilədən sonra əvəzlənib. Onun yerinə meydana Dani Karvaxal daxil olub.
Rəsmi açıqlamada Trentin nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşdirilməsə də, tanınmış jurnalist Aranxa Rodriges futbolçunun 6-8 həftəlik sıradan çıxdığını bildirib.
© Copyright 2025, All Rights Reserved