"Real Madrid" son dəqiqədə 3 xalı qazandı
La Liqanın 27-ci turunun açılış oyununda “Real Madrid” səfərdə “Selta Viqo” üzərində 2:1 hesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, turnir cədvəlində liderdən 4 xal geri qalan “Real Madrid” 27-ci turda “Selta Viqo”nun qonağı olub. Balaidos stadionunda keçirilən qarşılaşma gərgin mübarizə və qarşılıqlı qollarla yadda qalıb.
Madrid təmsilçisi oyunda qələbəni Orelyen Tçuameni və Federiko Valverdenin vurduğu qollar sayəsində əldə edib. Meydan sahiblərinin yeganə qoluna isə Borxa İqlesias imza atıb.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Son üç liqa oyununda iki məğlubiyyət alan “Real Madrid” bu qələbədən sonra xalını 63-ə yüksəldib. “Selta Viqo” isə 40 xalla turnir cədvəlində qalıb.
© Copyright 2026, All Rights Reserved