“Real Madrid” Tibo Kurtuaya davamçı tapıb

“Real Madrid” artıq Tibo Kurtuanın ardından birinci qapıçı rolunu kimin üzərinə götürəcəyini müəyyənləşdirib.
90plus.az xəbər verir ki, Madrid klubu gələcəyi düşünərək ehtiyat tədbirlərini əvvəlcədən görür və artıq Kurtua sonrası dövr üçün planlarını formalaşdırıb. AS nəşrinin məlumatına görə, klub rəhbərliyi belçikalı qapıçının davamçısını müəyyənləşdirib – bu, hazırda “Real Madrid Kastilya”da çıxış edən 20 yaşlı istedadlı qolkiper Fran Qonsalesdir.
Gənc qapıçı U-20 Dünya Çempionatında İspaniya millisinin heyətində parlaq çıxış edib. “La Roca” turniri 1/4 finalda tərk etsə də, Qonsales xüsusilə Braziliyaya qarşı (1:0) oyundakı performansı ilə diqqətləri üzərinə çəkib və yarışın ən böyük kəşflərindən biri hesab olunub.
1.99 metr boyu ilə diqqət çəkən Qonsales artıq “Real Madrid”in gələcəyinin qapıçısı kimi görülür. O, Karlo Ançelottinin diqqətini cəlb edib və bir neçə dəfə əsas komandanın məşqlərinə dəvət olunub.
© Copyright 2025, All Rights Reserved