“Real Madrid” Toni Kroosu qaytarır
“Real Madrid” Toni Kroosu geri qaytarır – qərar qətidir.
90plus.az xəbər verir ki, “Real Madrid” klubunun sabiq yarımmüdafiəçisi Toni Kroos yenidən Madrid klubuna qayıda bilər. İspaniya mətbuatında yayılan məlumatlara görə, “kral klubu” alman futbolçunun geri dönüşü ilə bağlı artıq konkret qərar verib.
EuroFoot-un bildirdiyinə əsasən, “Real Madrid” rəhbərliyi Kroosu klubun idman strukturunun bir hissəsi kimi görmək istəyir. Klub daxilində onun təcrübəsindən və futbol biliklərindən istifadə ediləcəyi planlaşdırılır.
Hesab olunur ki, uzun illər yüksək səviyyədə çıxış edən və “Real Madrid”də böyük uğurlar qazanan Kroos, klubun gələcək inkişafına mühüm töhfə verə bilər. Rəhbərlik onun gənc futbolçuların inkişafında və ümumi idman strategiyasında faydalı olacağına inanır.
© Copyright 2026, All Rights Reserved