“Real Madrid” üçün liderlik əldən getdi
“Real Madrid” “Jirona” səfərində xal itirərək 1-ci pilləni əldən verdi:
1. Barselona ➖ 34 xal
2. Real Madrid ➖ 33 xal
3. Vilyareal ➖ 32 xal
90plus.az xəbər verir ki, 14-cü turda da “Real Madrid”in La Liqadakı uğursuz seriyası davam edib. Komanda səfərdə “Jirona” ilə 1:1 hesablı heç-heçə oynayıb. Kilian Mbappenin ikinci hissədə vurduğu penalti qolu Azzedin Unahinin ilk hissədəki qolunu neytrallaşdırsa da, “kral klubu”nun İspaniya çempionatındakı qələbəsiz seriyası üç oyuna yüksəldi.
Bu heç-heçə ilə “Real Madrid” 33 xalla turnir cədvəlində ikinci pilləyə düşüb və lider “Barselona”dan 1 xal geri qalır. "Rayo Valyekano" və “Elçe” ilə heç-heçələrdən sonra daha bir xal itkisi baş verdi. “Vilyarreal” 32 xalla üçüncü, “Atletiko Madrid” isə 31 xalla dördüncüdür. İlk dörd komanda cəmi 3 xal aralığında qərarlaşıb:
Jirona 1 - 1 Real Madrid
Azzedine Ounahi 45'
Kilian Mbappe 67' (P)
Qollar:
https://t.me/doxsanplus/111570
https://t.me/doxsanplus/111572
© Copyright 2025, All Rights Reserved