“Real Madrid” ulduzu əməliyyat olundu

“Real Madrid”in gənc ulduzu Cud Bellinqem uzun müddətdir yaşadığı çiyin zədəsi səbəbilə nəhayət əməliyyat olunub. İngiltərəli futbolçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
90plus.az xəbər verir ki, Bellinqem “Real Madrid”dəki ilk mövsümündə çiyinindən zədələnmişdi. Lakin sıx oyun təqvimi səbəbilə əməliyyat hər dəfə təxirə salınmış və o, təxminən iki mövsüm bu zədə ilə oynamaq məcburiyyətində qalmışdı.
Bu gün uğurla əməliyyat olunan futbolçunun oktyabr və ya noyabr aylarında meydana qayıtması planlaşdırılır. Beləliklə, Cud Bellinqem yeni mövsümün əvvəlini buraxacaq.
“Real Madrid” forması ilə indiyə qədər 100 oyuna çıxan Cud Bellinqem, bu qarşılaşmalarda 38 qol vurub və 28 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc yaşına baxmayaraq, komandanın əsas oyunçularından biri sayılan Bellinqemin yoxluğu “Real” üçün ciddi itkidir.
© Copyright 2025, All Rights Reserved