“Real Madrid” və federasiya münasibətləri lap pisləşdi
"Real Madrid" ilə İspaniya Kral Futbol Federasiyası (RFEF) arasında onsuz da gərgin olan münasibətlər “Jirona” ilə 1:1 hesablı heç-heçədən sonra hakimliklə bağlı qalmaqal səbəbindən daha da pisləşib.
90plus.az xəbər verir ki, matçda hakim Alverola Rojasın qərarları yenidən böyük müzakirələrə səbəb olub. Kilian Mbappe cərimə meydançasında Vitor Reis tərəfindən dirsəklə vurulub və nəticədə başında yara və qanama yaranıb. Lakin hakim penalti verməyib və VAR-a da müraciət etməyib.
“Real Madrid” uzun müddətdir RFEF ilə hakimlik standartlarına görə narazılıq yaşayır və bu son hadisə gərginliyi daha da artırıb. Məlumata görə, klub tərəfi yarışın hakimlik baxımından ədalətli aparılmadığını düşünür.
© Copyright 2026, All Rights Reserved