“Real Madrid” Vini JR-a şərtlərini deyib

"Real Madrid” Vinisius Juniorun klubun uzunmüddətli planlarında yer alması üçün şərtlərini onun nümayəndələrinə çatdırıb.
90plus.az xəbər verir ki, Madrid klubu braziliyalı futbolçunun təmsilçilərinə açıq şəkildə bildirib ki, ən geci 2026-cı ilin iyun ayına qədər yeni müqavilə imzalanmalıdır.
El Debatein xəbər verir ki, hazırda Vinisiusun “Real Madrid”lə olan müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Lakin klub onun müqaviləsinin başa çatmasına qədər azad agent kimi ayrılmasına qətiyyən imkan vermək istəmir.
Əgər Vinisius 2026-cı ilin yayına qədər yeni razılıq əldə etməzsə, “Real Madrid” onu transfer siyahısına salacaq və həmin yay satışa çıxaracaq.
Məlumata görə, Vinisius Junior klubda ən yüksək maaş alan futbolçu olmaq istəyir. Lakin “Real Madrid” ona Kilian Mbappedən daha yüksək maaş verməyə hazır deyil.
© Copyright 2025, All Rights Reserved