"Real Madrid" Vinisiusu komandada saxlamaq istəyir
"Real Madrid" klubunun prezidenti Florentino Peres Vinisius Juniorun müqaviləsinin uzadılmasında xüsusi maraq göstərir.
90plus.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, klub rəhbəri son aylarda braziliyalı vingerlə yeni sözləşmənin imzalanmasını aktiv şəkildə dəstəkləyir və prosesin tezliklə yekunlaşmasını istəyir. Lakin yekun qərar futbolçunun özündən asılı olacaq.
Qeyd edək ki, 25 yaşlı oyunçunun "Real Madrid"lə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Vinisius Junior cari mövsümdə Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 17 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved