“Real Madrid” Vinisusu Haalanda dəyişir

“Real Madrid”dən Erlinq Haaland planı gündəmə gəlib.
90plus.az xəbər verir ki, "Real Madrid” rəhbərliyi “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalandın nümayəndələri ilə gələn yay mümkün transfer barədə ilkin danışıqlar aparıb.
İspaniya nəhəngi bu keçidi reallaşdırmaq üçün ciddi maliyyə planı üzərində işləyir. Məlumata görə, klub Vinisius Junioru 250 milyon avroya Səudiyyə Ərəbistanına satacağı halda, əldə olunacaq gəlir Haalandın transferinə yönəldiləcək.
Xatırlatma: Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir və onun müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Norveçli forvard bu mövsüm Premyer Liqada yüksək performansını davam etdirir.
Mənbə: The Daily Briefing
© Copyright 2025, All Rights Reserved