"Real Madrid"də Cud Bellinqemin dönüşü gecikə bilər
"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqemin zədədən bərpa prosesi gözlənilən tempdə getmir.
90plus.az xəbər verir ki, İngiltərəli futbolçu ötən ay "Rayo Valyekano"ya qarşı keçirilən oyunda bud əzələsindən zədə alıb və həmin vaxtdan bəri meydanlardan kənarda qalıb. O, yaxın günlərdə fərdi məşqlərə başlasa da, Bellinqemin aprel ayının ortalarından əvvəl meydana qayıtması real görünmür.
22 yaşlı yarımmüdafiəçinin yoxluğu "Real Madrid" üçün xüsusilə vacib mərhələdə problem yarada bilər. Komanda UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" ilə qarşılaşacaq. Madrid təmsilçisi bu mərhələni keçəcəyi halda, 1/4 final oyunlarında Bellinqemin iştirakı sual altına düşə bilər.
Beləliklə, "Real Madrid" lider futbolçularından birinin xidmətindən həlledici mərhələdə məhrum qala bilər.
© Copyright 2026, All Rights Reserved