"Real"dan UEFA-ya 4.5 milyard avro iddia
”Real Madrid” və “A22 Sports” UEFA-ya qarşı 4.5 milyard avroluq iddia qaldıracaq.
90plus.az xəbər verir ki, iddiada UEFA-nın monopoliya quraraq rəqabəti məhdudlaşdırdığı, həmçinin Super Liqa layihəsi ilə bağlı böyük maliyyə itkilərinə səbəb olduğu bildirilir.
Madrid məhkəməsinin qərarı təsdiqləyib ki, UEFA Avropa İttifaqının sərbəst rəqabət qanunlarını ciddi şəkildə pozub, bu da Florentino Pérezi 2021-dən bəri itirilmiş gəlirlər, yayım hüquqları və brend dəyərinə görə təzminat tələb etmək üçün yaşıl işıq olub.
🔗GoalTurkiye
© Copyright 2026, All Rights Reserved