"Real Madrid"in əfsanəsi komandanı tənqid etdi
“Real Madrid” ardıcıl üç heç-heçədən sonra La Liqada ciddi tənqidlərə məruz qalıb və komandanın oyununa dair suallar artıb.
90plus.az xəbər verir ki, komandaya dönüşünün “Real Madrid”ə kömək edib-etməyəcəyi barədə sual alan Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos Xabi Alonsonun rəhbərlik etdiyi kollektivə aydın mesaj göndərib.
Kroos fikirlərində olduqca sərt danışıb:
“Onların qazanmağa ehtiyacı var. Mən artıq oynamıram, başqa tip futbolçularla qazanmağın yolunu tapmalıdırlar. Bu nə yaxşıdır, nə pis — sadəcə vəziyyət belədir və bu şəkildə qalib gəlmək lazımdır.”
“Həmişə keçmişdəki oyunçulardan danışmaq lazım deyil, bu heç kimə kömək etmir. Mən də istəyirəm ki, ‘Real Madrid’ qazansın və bu vəziyyət bitsin.”
Alman ulduz komandanın hazırkı heyətin uyğunlaşmağın vacibliyini vurğulayıb:
“Əlinizdə olan futbolçulara uyğunlaşmaq önəmlidir. (Kroos-Kazemiro-Modriç üçlüyü) hazırkı oyunçulardan nə yaxşıdır, nə pis — sadəcə fərqli tipdir. ‘Kase’ və Luka ilə yaxşı işləyirdi, indi də başqa cür işləyə bilər. Sadəcə fərqli oynamağın yolunu tapmaq lazımdır.”
“Real Madrid”in zəif nəticələri onların “El-Klasiko”dan sonra malik olduqları beş xallıq üstünlüyə rəğmən La Liqada ikinci yerə enməsi ilə nəticələnib.
© Copyright 2025, All Rights Reserved