"Real Madrid"in futbolçularının istirahət sevdası
Karlo Ançelottinin “Real Madrid” dönəmində bəzi futbolçular oyunlardan sonra Madridə qayıtmaq əvəzinə birbaşa İbizaya yollanırmış.
90plus.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi oyunçular mütəmadi olaraq məşqləri buraxır və öz bildikləri kimi davranırdılar. Bu davranışı Xabi Alonsonun rəhbərliyi altında da davam etdirməyə cəhd etsələr də, nəticəsiz qalıb.
Yeni baş məşqçinin sərt intizamı bəzi futbolçuların yaxın çevrəsini narazı salıb. Onlar Alonsonun şəxsi həyata çox qarışdığını düşünür.
🔗Romain Molina
© Copyright 2025, All Rights Reserved