"Real Madrid"in kapitanı Yamala "qulaqburması" verəcək
“Real Madrid”də "Barselona"nın gənc futbolçusu Lamine Yamalın açıqlaması klub daxilində narazılıq yaradıb.
90plus.az xəbər verir ki, Yamalın “Real Madrid daim aldadır və şikayət edir” sözləri komanda üzvləri tərəfindən birmənalı qarşılanmayıb.
Məlumata görə, komandanın kapitanı Dani Karvaxal bu gün Yamal ilə söhbət edəcək və ondan daha çox hörmət göstərməsini tələb edəcək.
“Real Madrid” düşərgəsində bu açıqlamadan sonra ciddi narahatlıq yarandığı bildirilib.
© Copyright 2025, All Rights Reserved