"Real Madrid"in Niko Paz planı bəlli oldu
“Real Madrid” Niko Pazı gələn mövsüm üçün planlarına daxil edib.
90plus.az xəbər verir ki, “Real Madrid” Niko Pazı gələn mövsüm üçün əsas planlarına daxil edib.
Moretto bildirib ki, klubun strategiyasına əsasən futbolçu mövsümün sonuna qədər “Komo”da çıxış edəcək və yayda yenidən “Real Madrid”ə qayıdacaq:
“Klubun planı futbolçunun mövsümü "Komo"da başa vurması və yayda geri dönməsidir. "Real Madrid" Niko Pazı növbəti mövsüm üçün nəzərdə tutur.”
Niko Pazın müqaviləsində təxminən 9–10 milyon avro dəyərində geri satınalma opsiyonu mövcuddur. Bu məbləğ klublar arasında aparılacaq danışıqlarla yenidən nəzərdən keçirilə bilər.
Bununla yanaşı, “Real Madrid”in daha yüksək məbləğ ödəmək məcburiyyətində qalma ehtimalı da var. Belə ki, “Komo” ötən yay Niko Paz üçün edilən 70 milyon avroluq təklifi rədd etmişdi.
© Copyright 2026, All Rights Reserved