"Real Madrid"in tətili 1 həftə çəkəcək - Alonsodan ciddi addım
Xabi Alonsonun “Real Madrid”i dekabrın 29-da məşqlərə qayıdacaq.
90plus.az xəbər verir ki, Xabi Alonsonun çalışdırdığı “Real Madrid” Milad tətilindən sonra dekabrın 29-da yenidən məşqlərə başlayacaq.
“Los Blankos” ötən həftəsonu La Liqada “Sevilya” üzərində 2:0 hesablı vacib qələbə qazanaraq bütün turnirlərdə ardıcıl üçüncü qələbəsini rəsmiləşdirib. Bu nəticə eyni zamanda Xabi Alonso üzərindəki təzyiqi də müvəqqəti olaraq azaldıb.
Madrid təmsilçisi yanvarın 4-də bazar günü “Real Betis”lə qarşılaşdıqdan sonra İspaniya Superkuboku oyunları üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə yollanacaq. “Real Madrid” turnirin yarımfinal mərhələsində “Atletiko Madrid”lə üz-üzə gələcək.
Bildirilir ki, Xabi Alonsonun klubdakı gələcəyi böyük ölçüdə İspaniya Superkubokundakı nəticələrdən asılı olacaq.
© Copyright 2026, All Rights Reserved